Mbappenin Paris-2024 arzusu  

Mbappenin Paris-2024 arzusu  

PSJ və Fransa millisinin hücumçusu Kilian Mbappe Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edib, etmyəcəyi bardə suallara cavab verib. “Həyatımda və karyeramda elə bir nöqtəyə gəldim ki, artıq hər şeyi məcbur etmək istəmirəm. Əgər belə bir imkan verilsə, böyük məmnuniyyətlə olimpiadaya gedərdim. Əgər alınmasa, onu da başa düşərəm. İstənilən idmançı üçün Olimpiya Oyunları xüsusi yer tutur. Mənim Tokio olimpidasında iştirak etmək arzum yerinə yetmədi. Paris də bu arzunun xəyalları ilə yaşayıram. İstərdim Olimpiya oyunlarında adımı Fransa millisinin tarixinə çempion kimi yazdırım ”, - deyə Mbappe bu barədə GQ nəşrinə bildirib. Məlumat üçün bildirək ki, 25 yaşlı Kilian Mbappe 2018-ci ildə dünya çempionu, həmçinin 2020/2021 mövsümündə UEFA Millətlər Liqasının qalibi olub.