Benzema "Real"ın planlarına daxil deyil

Benzema "Real"ın planlarına daxil deyil

Fransalı futbolçu Kərim Benzema Səudiyyə Ərəbistanının “Əl İttihad” klubundan ayrılmaq qərarına gəlib. 36 yaşlı futbolçu ilə İngiltərə klubları yaxından maraqlanır. Futbolçu artıq transfer təkliflərini dəyərləndirir.

Benzemanın hətta yenidən “Real” klubuna qayıdacağı deyilsə də “Kral klubu” bu xəbəri təkzib edib. Onun klubun planlarında yer almadığını bildirib.