London "Arsenal"ı «Əl-İttihad»ın fransalı hücumçusu Kərim Benzemanı mövsümün sonuna qədər icarəyə götürmək barədə düşünür. «TEAMtalk» xəbər verir ki, futbolçunun transferi uğrunda mübarizədə "topçular"ın rəqibi Londonun "Çelsi" klubu olacaq.
Məlumat üçün bildirək ki, Benzema ötən yay azad agent kimi "Əl İttihad"a keçib. Bu mövsüm forvard bütün turnirlərdə 24 oyun keçirib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib. Futbolçunun Səudiyyə klubu ilə müqaviləsi 2026-cı ilin iyunun sonuna kimi qüvvədədir.