Yanvarın 19-da Afrika Millətlər Kubokunda üç qarşılaşma keçirilib. Kabo-Verde yığması Mozambiki (3:0), Seneqal Kamerunu (3:1), Qvineya isə Qambiyanı minimal hesabla məğlub edib. Xatırladaq ki, 2024-cü il Afrika Millətlər Kuboku Kot-d İvuarın beş şəhərində, (Abidjan, Buake, Korhoqo, San Pedro, Yamoussoukro) altı stadionunda keçirilir. Yanvarın 13-dən başlayan Kubokun qalibi fevralın 11-də müəyyənləşəcək. Qeyd edək ki, kubokun hazırki sahibi Seneqal komandasıdır. Turnirdə ən çox qələbə qazanan (7) Misir komandasıdır.
Afrika Millətlər Kuboku: görüşlər məhsuldar keçir