Afrika Millətlər Kuboku: Bu gün üç görüş var

Afrika Millətlər Kuboku: Bu gün üç görüş var

Yanvarın 20-də Afrika Millətlər Kubokunda qrup mərhələsinin 2-ci turunun üç oyunu keçiriləcək. D qrupunda Əlcəzair Burkina Faso ilə üz-üzə gələcək. Qrupun digər matçında Mavritaniya Anqola ilə görüşəcək. E qrupunda isə Tunis və Mali milliləri yarışacaq.