Keçmiş «Barselona»lar Mayamidə görüşdülər

Keçmiş «Barselona»lılar Mayamidə görüşdülər

"İnter Mayami"nin futbolçuları Lionel Messi, Luis Suares, Serxio Busquets və Jordi Alba həyat yoldaşları ilə birlikdə Mayami restoranlarından birinə baş çəkib.

Bu tədbir “İnter Mayami”nin “Dallas”a qarşı matçından sonra baş verib - 1:0. "İnter Mayami" növbəti matçında "Əl-Hilal"a qarşı keçirəcək. Qarşılaşma yanvarın 29-na nəzərdə tutulub.

MLS-in yeni mövsümü fevralın 22-də başlayır. Mövsümün ilk oyununda "İnter Mayami" "Real Solt Leyk" komandası ilə qarşılaşacaq.