UEFA prezidenti Aleksander Çeferin Avropa və Səudiyyə futbolu arasındakı fərqdən danışıb. Onun dedikləri dünya mətbuatının diqqətini çəkib. “Avropa futbolunun çox güclü kökləri var. O, mədəniyyətimizin, tariximizin bir parçasıdır. Bu satın alına bilməz. Futbolçular Səudiyyə Ərəbistanına gedirlər. Onları orada böyük gəlirli müqavilələrlə şirnikləndirirlər. Mən buna görə onları qınamıram. Əgər onlar karyeralarının sonuna yaxınlaşırlarsa, bu addım qaçılmazdır”, - deyə Çeferin bildirib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanında hazırda Avropadan gedən Riyad Mahrez, Malkom, Neymar, Eduard Mendi, Fabinyo, Sadio Mane, Aymerik Laporte, Marselo Brozoviç, Aleks Telles, Yannik Karrasko, Aleksandr Mitroviç, Kalidou Kulibali, Ruben Neves, Cordan Henderson, Jorjinyo Vaynaldum və başqaları ayrı-ayrı klublarda forma geyinirlər.