Badmintonçumuz Keişa Fatimə Zəhra İsveçin Uppsala şəhərində keçirilən “VICTOR Swedish Open” turnirində qadınların şəxsi yarışında ən güclü “dördlük”də yer alıb. Mübarizəyə əsas mərhələdən başlayan idmançımız ilk görüşdə isveçli Sesilia Vanqı 2:0 (21-14,21-19) hesabı ilə məğlub edib.
1/8 finalda şotlandiyalı Reyçel Suqdeni (21-9,21-17) mübarizədən kənarlaşdıran Zəhra 1/4 finalda Danimarka badmintonçusu Frederikke Lundla qarşılaşıb. Üç set davam edən görüş K.Fatimənin (18-21,21-13,21-11) qələbəsi ilə yekunlaşıb. O, finala yüksəlmək uğrunda keçirilən görüşdə fransalı Leonis Hyueyə (13-21,14-21) uduzub.
Olimpiya Təsnifat dövründə keçirilən yarışdan Keişa Fatimə Zəhranın qazancı 1750 reytinq xalı olub.