"Mançester Yunayted"in və Kamerun millisinin qapıçısı Andre Onana yerli futbol federasiyasının prezidenti Samuel Eto`O ilə münaqişə edib. Bildirilir ki, Onana Afrika kubokunda Qambiya ilə turnirin qrup mərhələsinin 3-cü turunun oyununda (3:2) ehtiyat oyunçular skamyasında qalmasından narazı qalıb. Onana baş məşqçinin bu qərarına qəzəblənib və matçdan əvvəl Eto`O ilə mübahisə edib.
Xatırladaq ki, Riqobert Sonqun komandası C qrupunda əlavə göstəricilərə görə Qvineyanı qabaqlayaraq 2-ci yeri tutub. Kamerun Afrika Kubokunun 1/8 finalında Nigeriya ilə qarşılaşacaq.