Tunis millisinin baş məşqçisi Cəlel Kadri postunu tərk edib. Bu barədə Aktu Foot Afrique X (keçmiş Twitter) sosial şəbəkəsində məlumat yayıb. Məlumat üçün bildirək ki, tunislilər Afrika Millətlər Kubokunda dördüncü yeri tutaraq, qrup mərhələsini keçə bilməyiblər. Kadrinin komandası 2 dəfə heç-heçə edib (Mali və Cənubi Afrika milliləri ilə), İlk turu isə məlblubiyyətlə başa vurub. Onlar Namibiyaya uduzublar. Qeyd edək ki, Cəlel Kadri 2022-ci ildən Tunis millisinə rəhbərlik edir. 52 yaşlı mütəxəssis karyerasının əvvəlində “Əl Adala”, “Əl Nahda” və “Əl Khaleej” kimi komandalarda çalışıb. Tunis millisinin çıxış etdiyi E qrupundan Mali və Cənubi Afrika 2024-cü il Afrika Millətlər Kubokunun pley-off mərhələsinə birbaşa yüksəlib. Namibiya yığması dörd xal toplayaraq, üçüncü yeri tutub. Bu nailiyyət onlara 1/8 finala çıxmaq hüququ verib.
Uğursuz çıxış istefa ilə nəticələdi