Premyer Liqa: Tura “Turan Tovuz” - “Səbail” oyunu ilə start veriləcək

Premyer Liqa: Tura “Turan Tovuz” - “Səbail” oyunu ilə start veriləcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyunlarına start veriləcək. Turun ilk oyun günündə bir oyun təşkil olunacaq.

“Turan Tovuz” klubu doğma meydanda “Səbail”lə qarşılaşacaq. Tovuz şəhər stadionunda təşkil olunacaq oyun saat 15:00-da başlayacaq.

Qeyd edək ki, turun “Kəpəz” – “Qarabağ” və “Zirə” – “Sabah” oyunları yanvarın 27-də, “Araz-Naxçıvan” – “Sumqayıt” və “Neftçi”– “Qəbələ” matçları isə yanvarın 28-də keçiriləcək.