Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyunları davam edir.
Bu gün təşkil olunan günün ilk oyununda "Kəpəz" və "Qarabağ" komandaları qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən oyun Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:1. İlk hissəsi qolsuz heç-heçə ilə başa çatan oyunda hesab 72-ci dəqiqədəa açılıb. Olavale Onanuqa fərqlənməklə “Kəpəz”i hesabda önə keçirib. Lakin Ağdam təmsilçisi 7 dəqiqə sonra hesablı bərabərləşdirməyə müvəffəq olub. Olavio Juninyo fərqlənib. 90+6-cı dəqiqədə isə Toral Bayramov penaltidən fərqlənməklə “Qarabağ”a qələbə qazandırıb.
Qurban Qurbanovun komandası bu qələbə sayəsində xallarının sayını 47-yə çatdıraraq liderliyini bir qədər də möhkəmlədib. Aktivində 17 xalı olan "Kəpəz" isə 9-cudur.