“Aslanlar”ın yerinə “canavarlar”ı seçdi

“Aslanlar”ın yerinə “canavarlar”ı seçdi

"Qalatasaray"ın sol cinah müdafiəçisi Anxelinyo icarə əsasında "Roma"ya keçməyə yaxındır. Bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Fabrizio Romano məlumat verib. Mənbənin sözlərinə görə, yaxın saatlarda klublar bu sövdələşmə ilə bağlı son nüansları həll edəcəklər. İcarə müqaviləsində 27 yaşlı futbolçunun satınalma maddəsi də yer alacaq.  “Roma” müdafiəçini komandada saxlamaq istəsə, Türkiyə klubuna 5 milyon avro ödəməli olacaq.