"Zirə" uğursuzluq zolağından çıxa bilmir

"Zirə" uğursuzluq zolağından çıxa bilmir

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyunları davam edir. Bu gün təşkil olunan turun ikinci oyun günündə "Zirə" doğma meydanda ”Sabah"la qarşılaşıb. Görüş qonaqların minimal hesablı qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 90+9-cu dəqiqədə penaltidən Sofyan Çakla vurub.

Bu nəticədən sonra xallarını 26-ya çatdıran "Sabah" yeddinci pilləyə yüksəlib. 30 xalı olan "Zirə" isə ikinci sırada qərarlaşır.