“Barselona”ya növbəti zərbəni “Vilyareal” vurdu

“Barselona”ya növbəti zərbəni “Vilyareal” vurdu

Futbol üzrə İspaniya La Liqasında 22-ci turun oyunları davam edir. Turun maraqla gözlənilən oyunlarından biri “Nou Kamp”da təşkil olunub. “Barselona” klubu doğma meydanda “Vilyareal”la qarşılaşıb. Dramatik məcrada keçən oyun “Sarı sualtıqayığın” qələbəsi ilə yekunlaşıb -3:5.

Qələbə sayəsində xallarını 23-ə çatdıran “Vilyareal” 14-cü pillədə qərarlaşıb. Uğursuz oyunlar seriyasını davam etdirən Xavi Hernandesin komandası isə 44 xalla üçüncüdür.