İspaniyanın "Barselona" klubunun baş məşqçisi Xavi Hernandes gələcək karyerası ilə bağlı açıqlama verib. Ötən gün La Liqanın 22-ci turu çərçivəsində doğma meydanda "Vilyareal"a 3:5 hesabı ilə məğlub olan kataloniyalıların baş məşqcisi oyundan sonra mövsümün sonunda "Barselona" klubundan ayrılacağını açıqlayıb.
"İyun ayında komandanı tərk edəcəyəm. Bu qərarı bir neçə gün əvvəl prezident və idarə heyəti ilə müzakirə etdim və qərara gəldim. Amma yalnız bu gün açıqlamağı doğru bildim. Bir "Barselona"lı azarkeşi kimi düşünürəm ki, bu doğru qərardır.
Klub prezidentinə fürsət yaratdığı üçün təşəkkür etmək istəyirəm. O, ən yaxşısıdır. İdarə Heyətindəki hər kəs peşəkardır.
Bir oyunçu kimi bütün karyeramda bugünkü kimi amansız bir oyun xatırlamıram.
Layihəmizlə yaxşı iş gördük, amma dəyişiklik vaxtıdır.
Bu barədə klubun prezidenti Xuan Laportaya da dedim. Onunla çox humanist söhbətimiz oldu. Bu gün də o, mənə tam güvən göstərdi, amma məncə, vaxtıdır. Maddi vəziyyətlərə görə getmirəm. Ürəyimlə hərəkət edirəm. Düşünürəm ki, getməklə vəziyyəti yüngülləşdirəcəyəm.
Çempionlar Liqasını qazansam belə, qərarımı dəyişməyəcəyəm.
Bir neçə gün öncə dediyim kimi "Barselana"ya problem olmaq istəmirəm.