Kloppun yeni komandası müəyyənləşib

Kloppun yeni komandası müəyyənləşib

"Liverpul"un baş məşqçisi Yurgen Klopp növbəti mövsüm karyerasını İtaliyada davam etdirə bilər. Il Messagerro xəbər verir ki, "Roma"nın hazırkı məşqçi Daniele De Rossi etimadı doğrultmasa, romalılar almaniyalı mütəxəssisi bu vəzifəyə namizəd görəcəklər. Məlumat üçün bildirək ki, Klopp bir neçə gün əvvəl bildirib ki, o növbəti mövsümdə "mersisaydlılar"ı tərk edəcək.