Premyer Liqa: Bu gün XX tura yekun vurulacaq

Premyer Liqa: Bu gün XX tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyunlarına yekun vurulacaq.

Turun son oyun günündə daha iki qarşılaşma təşkil olunacaq.

Əvvəlcə "Araz-Naxçıvan" və "Sumqayıt" komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. “Dalğa Arena”da təşkil olunacaq oyun saat 15:00-da başlayacaq.

 Naxçıvan klubu 26 xalla 6-cı, "gənclik şəhəri" təmsilçisi isə 30 xalla 3-cüdür.

Tura "Neftçi" - "Qəbələ" oyunu ilə yekun vurulacaq. “Neftçi Arena”da keçiriləcək oyunun start fiti saat 17:30-da çalınacaq. Paytaxt təmsilçisi 29 xalla 4-cü, "qırmızı-qaralar" isə 14 xalla 10-cudur.