Bu gün İspaniya La Liqasında 22-ci turunun matçında "Jirona" səfərdə "Selta"dan güclü olub - 1:0. Beləliklə, Miçel Anxelin komandası ardıcıl 14 qalibiyyətini qazanıb. Məlumat üçün bildirək ki, “Jirona” sonuncu dəfə ötən il sentyabrın 30-u Madrid "Real”na uduzub - 0:3. Həmin məğlubiyyətdən nəticə çıxaran “ağ-qırmızılılar” “Kadis”i (1:0), “Almeriya”nı (5:2), “Selta”nı (1:0), “Osasuna”nı (4:2), “Rayo Valyekano”nu (2:0) "Valensiya"nı (2:1), "Barselona"nı (4:2), "Alaves"i (3:0), "Atletiko”nu (4:3), "Sevilya"nı (5:1) və "Selta"nı (1:0) xalsız yola salıb. “Jirona” "Atletik"lə (1:1), "Betis"lə (1:1) və "Almeriya" ilə (0:0) ilə də heç-heçə edib.
Möcüzə davam edir: “Jirona” 14 oyundur uduzmur