Azərbaycan Premyer Liqası: "Neftçi" ikinci pilləni ələ keçirdi

Azərbaycan Premyer Liqası: "Neftçi" ikinci pilləni ələ keçirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyunlarına yekun vurulub.

Turun son oyununda "Neftçi" və "Qəbələ" komandaları üz-üzə gəlib.  Qarşılaşma "ağ-qaralar"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahiblərinin heyətində kapitan Emin Mahmudov 61-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. 67-ci dəqiqədə Dieqo Valdes fərqi iki topa çatdırıb. 90+5-ci dəqiqədə yeni transfer Brayan Moreno adını tabloya yazdırıb.

59-cu dəqiqədə Zurab Oçiqava birbaşa qırmızı vərəqə alaraq qonaqları azlıqda qoyub. 87-ci dəqiqədə Emil Səfərov "Qəbələ"nin yeganə qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 32-yə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. "Qırmızı-qaralar" 14 xalla sonuncu - 10-cu yerdədir.