Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun oyunları davam edir. Sonuncu oyun günün ilk qarşılaşması "Araz-Naxçıvan" "Sumqayıt" komandaları arasında olub. Oyun 1:1 hesabı ilə başa çatıb. Oyunda hesabı matçın 45-ci dəqiqəsində "Gənclik şəhəri" təmsilçisinin futbolçusu İsa Suliman açıb. Qarşılaşmanın 59-cu dəqiqsəində Naxçıvan klubunun heyətində Vanderson Melo fərqlənərək bərabərlik qolunun müəllifi olub.
Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Sumqayıt" klubu hazırda ikinci pillədədir. 27 xala malik "Araz-Naxçıvan" isə beşinci sıradakı "Səbail"ə çatıb.