Azərbaycan Kubokunda 1/4 finala start verilir 

Azərbaycan Kubokunda 1/4 finala start verilir 

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin oyunlarına start veriləcək.

İlk oyun günündə iki qarşılaşma təşkil olunacaq. Günün ilk oyununda “Səbail” və “Zirə” komandaları üz-üzə gəlib. “ASCO Arena”dakı oyuna saat 15:00-da start veriləcək.

Günün digər oyununda isə “Sabah” və “Qarabağ” komandaları üz-üzə gələcək. “Bank Respublika Arena”da təşkil olunacaq oyun saat 19:00-da başlayacaq.

Komandalar arasında cavab oyunları fevralın 8-də keçiriləcək.

1/4 finalın digər oyunları isə yanvarın 31-də təşkil olunacaq.