«Kral klubu»ndan yeni müqavilə təklifi  

«Kral klubu»ndan yeni müqavilə təklifi  

Madrid «Real»ı heyətin sağ cinah müdafiəçisi Daniel Karvahalın xidmətlərindən daha bir ili yararlanmaq istəyir. «Marca»nın yaydığı xəbərə görə, «Kral klubu» yaxın vaxtlarda 32 yaşlı futbolçu ilə müqavilənin müddətini artmaq təklifi ilə çıxış edəcək. 

Məlumat üçün bildirək ki, Karvahal 2013-cü ildən etibarən  Madrid «Real»ında çıxış edir. Bu müddət ərzində futbolçu Madrid ilə 22 kubok əldə edib ki, onlardan da beş dəfə UEFA Çempionlar Liqasının baş mükafatı olub. Karvahal klubun heyətində ümumilikdə 23 oyun keçirib. Həmin matçlarda 4 dəfə rəqib qapısına yol tapıb. Bundan başqa 4 məhsuldar ötürmənin müəllifi olub. Futbolçunun Madrid klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 12 milyon avrodur.