"Barselona" və "Atletiko"dan eyni təklif 

"Barselona" və "Atletiko"dan eyni təklif 

"Las Palmas"ın sol müdafiəçisi Serxi Kardona üçün “Barselona” və Madrid «Atletiko»su hərəkətə keçiblər. 

Marca" xəbər verir ki,  24 yaşlı futbolçunu hər iki klub azad agent kimi heyətinə cəlb etmək niyyətindədir.

Məlumat üçün bildirək ki, Kardona 2021-ci ildən etibarən "Las Palmas"ın formasını geyinir. Bu mövsüm müdafiəçi bütün turnirlərdə 22 oyun keçirib və bir məhsuldar ötürmə yadda qalıb. Futbolçunun hazırkı klubu ilə müqaviləsi bu ilin iyun ayının sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 3 milyon avrodur.