Xavi "Barselona"nın bütün sirlərini açdı

Xavi "Barselona"nın bütün sirlərini açdı

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda komandadan ayrılmaq qərarına gəlib. O, rəhbəriliydən narazılığını bu cür ifadə edib: "Komanda üçün nə etsəniz, buna dəyər verilmir. Hər zaman səndən narazılıq edirlər. Bunu Pepdən də eşitmişdim, Luis Enrike də təsdiq edirdi. "Barselona"nın uğursuz çıxışlarının bir səbəbi də tələblərin çoxluğundan irəli gəlir. Siz işdən həzz almırsınız, həyatınızı təhlükə altına qoyursunuz. İstərdim ki, məndən sonra gələn baş məşqçi işindən həzz alsın. Heyif ki, mümkün deyil.”