Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib. Mərhələnin maraqla gözlənilən oyunlarından biri "Sabah" və "Qarabağ" komandaları arasında olub. Oyun Qurban Qurbanovun komandasının 1:7 hesablı qələbəsi ilə başa çatıb.
Ağdam təmsilçisinin heyətində Olavio Juninyo (28, 55) və Abdullah Zubir (77, 89+3) dubla imza atıblar. “Köhlən atlar”ın heyətində digər qolları Hamidu Keyta (20), Nəriman Axundzadə (45+5) və Adama Diakabi (87) vurub. “Sabah”ın təsəlli qolunun müəllifi isə 63-cü dəqiqədə Cesse Sekidika olub.
Bu komandalar arasında cavab matçı fevralın 8-də keçiriləcək.