Azərbaycan Kuboku: Bu gün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq

Azərbaycan Kuboku: Bu gün 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulacaq. Mərhələnin ikinci oyun günündə daha iki qarşılaşma təşkil olunacaq.

Əvvəlcə “Araz-Naxçıvan” və “Qəbələ” komandaları meydana çıxacaq. “Dalğa Arena”da keçiriləcək oyun saat 16:00-da başlayacaq.

Günün digər oyunu isə saat 19:00-da start götürəcək. “Sumqayıt” klubu “Kapital Bank Arena”da “Neftçi”ni qəbul edəcək.

1/4 final mərhələsinin cavab oyunları fevralın 8-9-da keçiriləcək.