Xəzər İsayev: “Sevdiyin işlə məşğul olursansa, ömrün necə keçdiyini hiss etmirsən” - MÜSAHİBƏ
Olimpizm xəbərləri
01.02.2024, 14:37
“Şöhrət” ordenli, Əməkdar bədən tərbiyəsi və idman xadimi”, Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri, Dövlət Gömrük Komitəsinin İdman-Sağlamlıq Mərkəzinin rəisi, gömrük xidməti polkovniki Xəzər İsayevin fevralın 1-də 61 yaşı tamam olur. Doğum günü ərəfəsində Xəzər müəllimlə əlaqə saxlayıb, keçdiyi həyat yolundan danışdıq. Azərbaycan idman tarixində şərəfli iz buraxan və öz uğurları ilə gənclərə örnək olan Xəzər müəllim ötən illər ərzində xeyli nailiyyətlər əldə edib. Kiçik yaşlarından güləş idman növü ilə məşğul olan Xəzər İsayev ilk uğurunu 1971-ci ildə rayon birinciliyində qazanıb (I yer). Avropa (1986-87), dünya çempionatlarının (1986), Xoşməramlı oyunların çempionu olan Xəzər İsayev həmçinin dəfələrlə SSRİ Kubokunun, SSRİ çempionatının və digər mötəbər yarışların qalib və mükafatçısı olub.
- Xəzər müəllim, güləşçi karyeranızda bir sıra böyük nailiyyətlər əldə etmisiniz. İllər keçsə də, xatirənizdə ən yaddaqalan görüşünüz hansı olub?
- Bu gün keçmiş günlərə qayıdarkən hər bir görüşümü həyəcanla xatırlayıram. Təbii ki, güləşçi karyeramda bir çox böyük uğurlara nail olmuşam. Dünyanın ən güclülərini məğlub etmək, rəğbət qazanmaq həmin dövrdə çox çətin idi. Belə görüşlər arasında mənim üçün ən unudulmazı 1986-cı ildə Vladiqafqazda keçirilən SSRİ çempionatının final görüşü idi. Həmin görüşdə ikiqat Olimpiya, altıqat dünya, beşqat Avropa çempionu əfsanəvi güləşçi Sergey Beloqlazovla qarşılaşdım. Özümə nə qədər inansam da, rəqibin gücünə də yaxşı bələd idi. Finalda Sergey Beloqlazov kimi böyük idmançını məğlub etməyi düşünmək çətin idi, nəyin ki, bu arzunu həyata keçirmək. O, elə bir idmançı idi ki, rəqibləri onunla xalça üzərində üç dəqiqə tab gətirə bilmirdilər. Əksər rəqiblərini ilk hissədə məğlub edirdi. Bunu düşünərək əsas gücümü ilk hissəyə verdim. Elə ilk üç dəqiqədə bütün gücümü toplayaraq, Sergey Beloqlazovdan iki xal aldım. Hər iki xal mənə onun passiv güləşdiyinə görə verildi. İkinci hissənin əvvəllərində isə onu xalçadan çıxardım. Üçüncü xəbərdarlığını aldıqdan sonra isə qələbənin mənə verildiyi elan edildi. Həmin vaxt cəmi 22 yaşım var idi. Bu yaşda belə titullu idmançıya qalib gələcəyimi nə Sergey özü, nə də arenaya toplaşanlar gözləmirdi. Hər kəs təəccüb içərisində idi. İllər keçsə də, bu qələbə heç vaxt yaddaşımdan silinməyəcək.
- Xəzər İsayev müasir dövrdə güləşsə idi, karyerası necə alınardı?
- Çox təəssüf hissi keçirirəm ki, müasir dövrdə müstəqil Azərbaycanın bayrağı altında güləşmək, ölkəmizi beynəlxalq arenalarda təmsil etmək bizə nəsib olmadı. Hərdən bu barədə düşünəndə indiki gənclərə həsəd aparıram. Çünki bu gün onlar üçün dövlətimiz tərəfindən hər cür şərait yaradılıb. Fikrimcə, müasir dövrdə güləşsəydim, nəyin ki, dünya Avropa çempionatı, hətta Olimpiya Oyunlarında da medal qazanardım.
- Keçmiş idmançı və təcrübəli mütəxəssis kimi bu gün gənclərimizə nələri tövsiyə edərdiniz?
- Qeyd etdiyim kimi, bu gün ölkəmizdə idmanın inkişafı üçün hər cür şərait mövcuddur. Düşünürəm ki, belə şərait olan yerdə nəticə verməmək mümkün deyil. Bu gün cənab Prezidentimiz, Milli Olimpiya Komitəsinin prezidenti İham Əliyev mütəmadi olaraq, idmançılarla görüşür. İdman sahəsində uğur qazananlara dövlət təltiflərinin verilməsi, onların mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması idmançılarımız üçün böyük stimuldur. Bizim dövrdə adi bir diplom alanda sevindiyimizdən özümüzə yer tapa bilmirdik. Amma bu gün idmançılara çox gözəl şərait yaradılıb, onların uğurları dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. İdmançılara və məqşçilərə tövsiyyə edirəm ki, bu diqqət və qayğıdan maksimum yararlansınlar, nailiyyətlər qazansınlar.
- Güləşdiyiniz vaxtlarda bir sıra tanınmış mütəxəssislərlə çalışmısınız. Karyeranızda ən çox kimlərdən öyrənməyə çalışmısınız?
- Bu günə qədər bir neçə müəllimim olub. Onların arasında ən birincisi atam Ağaəli İsayevi qeyd edərdim. Rayonda güləşə başlayanda onun inamı və etibarı məni paytaxta, ROİL-ə gətirdi. Atamın sayəsində güləşdən başqa heç bir idman növü haqda düşünmürdüm. ROİL-də isə ilk olaraq, məşqçim üçqat SSRİ çempionu Musa Babayev oldu. Sonra isə məşqlərimi Soltan Kərimovun rəhbərliyi altında davam etdirdim. Onu tanıdığıma və rəhbərliyi altında məşq etdiyimə görə çox şanslıyam. Bu gün də sevimli məşqçilərimi unutmuram, onlara böyük rəğbətimi bildirirəm. Əldə etdiyim uğurlara görə hər zaman onlara minnətdar olacağam.
- 2000-ci ildən Ədalətli Oyunlar Komissiyasının sədri vəzifəsində çalışırsınız. Ədalət prinsiplərinin qorunması yəqin ki, asan başa gəlmir.
- Çalışırıq ki, bizə göstərilən etimadı hər zaman layiqincə doğruldaq. Əsas məqsədimiz də məhz bundan ibarətdir ki, ədalət prinspilərini gənclər arasında təbliğ edək. Bunun üçün biz hər il müxtəlif layihələr həyata keçiririk. Hər ilin sonunda ədalət prinsiplərinə sadiq olan şəxsləri mükafatlandırırıq. Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası Avropa Ədalətli Oyunlar Komissiyası ilə çox sıx əlaqədədir. Bununla bağlı olaraq ölkəmizdə müxtəlif illərdə böyük tədbirlər təşkil olunub. Lakin düşünürəm ki, bu gün gördüyümüz işlər ədalət prinsiplərinin təbliği üçün yetərli deyil. Bu sahədə böyük proqram hazırlanmalı, ölkə və beynəlxalq yarışlarda, universitetlərdə, məktəblərdə tədbirlər keçirilməlidir. Əsas arzularımdan biri də odur ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Ədalətli Oyunlar prinsipinin tədrisini görməkdir. Bunun üçün bizdə müvafiq materiallar da var. Düşünürəm ki, bu Azərbaycan idmanında elmi tərəfdən atılan növbəti uğurlu addımlardan biri olar.
- Maraqlıdır, ömrünün böyük bir hissəsini idmana həsr edən Xəzər İsayev özünü başqa hansı sahədə sınamaq istəyərdi?
- Həyatda hər zaman çalışmışam ki, mənə həvalə olunan işi böyük məsuliyyətlə vicdanla yerinə yetirim. Düşünürəm ki, əksər sahələrdə işləyib, özümü doğrulda bilərdim. Amma yenə də düşünmədən idman sahəsini seçərdim. Bu gün Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin rəisi kimi fəaliyyətimi davam etdirirəm. Bu illər ərzində idman mərkəzimizin adından federasiyalara müxtəlif idman növləri üzrə olaraq üç minə yaxın idmançı təqdim etmişik. Ümumilikdə götürdükdə işimizi çox fəal və yüksək səviyyədə qurmuşuq. Bu gün Olimpiya və qeyri-Olimpiya növləri üzrə Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzini təmsil edən 20-ə yaxın dünya və Avropa çempionumuz var. Yeniyetmə və gənclərimiz arasında çox böyük nəticələr qazanmışıq. Çalışacağıq ki, bu istiqamətdə işimizi uğurla davam etdirək.
- Xəzər müəllim, sizi doğum günü münasibətilə redaksiya heyəti adından təbrik edirik. Geridə qoyduğunuz illər ərzində istəklərinizə nail ola bilmisinizmi?
- Təbrikiniz üçün çox sağ olun. Fikrimcə, sevdiyin işlə məşğul olursansa, ömrün necə keçdiyini hiss etmirsən. Həyatımdan razıyam. Əldə etdiyim nailiyyətlər, idman ictimaiyyətinin rəğbətini qazanmaq, çalışdığım kollektivin diqqət və qayğısını görmək uzun illər ərzində qazandığım nüfuzun göstəricisidir. Çalışmışam ki, mənə qarşı etimad göstərən insanlara qarşı diqqətli və etibarlı olum. Fikrimcə, bu xüsusiyyətlər insanı heç vaxt tərk etməməlidir.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Azərbaycanın 11 cüdoçusu Əbu-Dabidə "Böyük Dəbilqə" turnirində iştirak edəcək
Bugün, 17:41 Cüdo
-
Azərbaycan Velosiped İdmanı Federasiyasının İcraiyyə Komitəsinin iclası keçirilib
Bugün, 15:12 Velosiped
-
Boksçularımız dünya çempionatında 2 medal qazanıblar
Bugün, 13:31 Boks
-
Azərbaycan karateçiləri Avropa çempionatında üç medal qazanıblar
Bugün, 13:22 Olimpiya dünyası
-
Özbəkistan və Azərbaycanın idman nazirləri Respublika Velotrekində olublar
Bugün, 13:11 Velosiped
-
Bakıda 200 -dən çox xanım idmançının iştirakı ilə karate seminarı keçirilib
Bugün, 12:58 Olimpiya dünyası
-
Stolüstü tennisçimiz beynəlxalq yarışın mükafatçıları sırasında
Bugün, 12:47 Tennis
-
Dünya çempionatında növbəti tarixi uğur
25.10.2026, 21:23 Gündəm
-
Eldəniz Əzizli beşinci dəfə dünya çempionu oldu
25.10.2026, 17:58 Gündəm
-
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib
24.10.2026, 22:45 Gündəm
-
İki güləşçimiz dünya çempionatının finalında
24.10.2026, 20:25 Güləş
-
Bakıda FIFA U-15 dünya çempionatına start verilir
24.10.2026, 10:38 Gündəm
-
Azərbaycan ilk dəfə qarüstü polo üzrə Dünya Kubokuna ev sahibliyi edəcək
23.10.2026, 18:36 Gündəm
-
Nenad Laloviç yenidən Dünya Güləş Birliyinin prezidenti seçilib
23.10.2026, 15:53 Güləş
-
Yeniyetmələrin Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan komandası ilə maarifləndirici görüş keçirilib
23.10.2026, 15:42 MOK
-
Əfsanəvi fubol mütəxəssisi Arsen Venger Hövsan Yarış Kompleksində olub
23.10.2026, 14:35 Futbol
-
Basketbol Liqasında IV tura start verilir
23.10.2026, 11:17 Basketbol
-
Millimiz bu gün Polşa komandası ilə qarşılaşacaq
23.10.2026, 10:19 Voleybol
-
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu adını qazandı
22.10.2026, 20:00 Cüdo
-
Firuddin Qurbanovun 80 illik yubileyi qeyd olunub
22.10.2026, 18:30 Olimpiya dünyası
-
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
22.10.2026, 14:51 Güləş
-
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
22.10.2026, 14:31 Tennis
-
MOK-un Atletlər Komissiyasının nümayəndələri XIV Beynəlxalq İdman Forumunda iştirak edir
22.10.2026, 13:50 MOK
-
10 boksçumuz Avropa çempionatının yarımfinalında
22.10.2026, 10:48 Boks
-
Ədalət təmsilçimiz Avropa çempionatının seçmə oyunlarını idarə edəcək
22.10.2026, 10:31 Voleybol
-
FIFA Bakıda keçiriləcək U-15 dünya çempionatı ilə bağlı paylaşım edib
22.10.2026, 10:18 Futbol
-
Avropa Kuboku: "LANDAU Lions" Danimarka klubuna məğlub oldu
21.10.2026, 23:12 Basketbol
-
Bakıda idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək
21.10.2026, 19:25 Olimpiya dünyası
-
Azərbaycanın üç boksçusu dünya çempionatında qələbə qazanıb
21.10.2026, 11:29 Boks
-
7 boksçumuz Avropa çempionatının növbəti mərhələsində
21.10.2026, 11:23 Boks
-
"Neftçi" bu gün Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq
21.10.2026, 11:05 Basketbol
-
"LANDAU Lions" FIBA Avropa Kubokunda Danimarka komandası ilə qarşılaşacaq
21.10.2026, 10:32 Basketbol
-
UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq
21.10.2026, 10:08 Futbol
-
"Neftçi" Avropa Kubokunun növbəti oyununda da məğlub oldu
21.10.2026, 09:37 Basketbol