Azərbaycan Mətbuat Şurası "İdman TV"ni 15 yaşının tamam olması münasibəti ilə təbrik edib.
Qurumun yaydığı təbrikdə bildirilib: "İdman TV-nin fəaliyyətə başlamasının 15 ili tamam olur. Bu telekanal ölkəmizdə idmanın kütləviləşməsində, onun əksər növlərinin populyarlaşmasında, Azərbaycan dövlətinin idman siyasətinin təbliğində müstəsna rol oynayıb. Belə peşəkar yanaşma telekanalı oturuşmuş media orqanına, ictimaiyyətin sevimlisinə çevirib.
Telekanal, həmçinin, ölkəmizdə idman jurnalistikasının inkişafına da töhfə verib. Onun fəaliyyəti mediamızın bu vacib sahə üzrə ixtisaslaşması prosesini dərinləşdirib. Ötən 15 ilin ən böyük uğurlarından biri də məhz budur.
İdman TV-nin rəhbərliyini və kollektivini telekanalın 15 illiyi münasibəti ilə təbrik edir, onlara ən xoş arzu və diləklərimizi çatdırmaqdan məmnunluq duyuruq!"