“Real” "Jirona"dan uzaqlaşdı

“Real” "Jirona"dan uzaqlaşdı

İspaniya La Liqasında 20-ci turdan təxirə salınmış daha bir oyun keçirilib. Madrid “Real”ı səfərdə “Xetafe” ilə üz-üzə gəlib.

Madrid təmsilçisi rəqib qapısından 2 cavabsız top keçirirək, La Liqada zirvəyə yüksəlib. Hazırda “Real”ın 57, ikinci pillədəki “Jirona”nın 55 xalı var. “Barselona” və “Atletiko” (Madrid) da 47 xalla 3-4-cü pillələrdə qərarlaşıblar.