Ehtiyatda oturmaqdan yorulub

Ehtiyatda oturmaqdan yorulub

Burkina fasolu hücumçu Bertran Traore İspaniyaya qayıda bilər. Hücumçu ilə “Vilyarreal” yaxından maraqlanır. “Aston Villa” 28 yaşlı futbolçunun müqaviləsinə xitam versə, İspaniya təmsilçisi rəsmi müqavilə imzalayacaq. Qeyd edək ki, Traore bu mövsüm Birminqem klubunun heyətində cəmi 6 oyunda meydana çıxıb. Afrikalı bu görüşlərdə fərqlənə bilməyib.