Səudiyyə Ərəbistanının «Kingdom Arena»sında "Əl-Nəsr" və "İnter Mayami" klublarının yoldaşlıq matçı qol yağışı ilə yadda qalıb. Kriştiano Ronaldonun üzvü olduğu komanda Leonel Messinin üzvü olduğu komandanı 6 cavabsız topla məblub edib. Oyunda Ronaldo iştirak etməyib. Messi isə 83-cü dəqiqədə meydana daxil olub.
“Əl-Nasr” (Səudiyyə Ərəbistanı) - “İnter Mayami” (ABŞ) - 6:0 (3:0)
Qollar: Otavio 3 (1:0); Talisca 10 (2:0); Laport, 12 (3:0); Taliska, 51 - penaltidən (4:0); Maran, 68 (5:0); Taliska, 73 (6:0).