“Qırmızılar” liderlərini itirmək istəmir 

“Qırmızılar” liderlərini itirmək istəmir 

"Liverpul" rəhbərliyi müdafiəçisi Vircil van Diyk və hücumçu Məhəmməd Salahı heyətində saxlamaq niyyətindədir. “Football Insider”in məlumatına görə, cari mövsümün sonunda Yürgen Kloppun ayrılmasından sonra bir sıra futbolçuların “qırmızılar”ı tərk edə biləcəyini qeyd edib.

Məlumat üçün bildirək ki, 31 yaşlı Salah və 32 yaşlı van Diykin hazırkı müqavilələri 2025-ci ilə qədərdir.