İspaniyanın “Barselona” klubunun prezidenti Xuan Laporta klubun gələcək baş məşqçisi ilə bağlı seçimlərdən danışıb. Klub rəhbəri Xavinin gedişindən sonra bir neçə variant üzərində çalışdıqlarını bildirib.
"Heç bir məşqçi ilə danışmamışam. Bu, Dekunun işidir. Variantlarımız azdır. Markez də həmin siyahıdadır, çünki çox yaxşı iş görür. O, bir çox oyunçuları tanıyır və Rafael bir dəyərdir. Klub Rafaelin təcili təyin oluna biləcək məşqçi kimi görür. Rafa əla mövsüm keçirir”.