"Barselona"nın hücumçusu Robert Levandovski ötən ilin çətin dövr kimi yadda qaldığını bildirib. “2023-cü ildə həm mənəvi, həm də fiziki cəhətdən özümü zəif hiss etdiyim anlarım oldu. Mənfi olan hər şey bir anda üstümə gəldi. Futbolda bunu bir-iki həftəyə həll etmək mümkün deyil. Fiziki cəhətdən öz üzərimdə işlədim. Bu mənəvi cəhətdən köməyimə çatdı. Hamı bunu hiss edirdi. 2023-cü ildə qığılcımımın sönməsinə imkan vermədim. ”, - deyə Levandovskinin sözlərini Mundo Deportivo sitat gətirib.
Futbolçu ötən ildən danışdı