"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın hücumçusu Erlinq Haalandın İngiltərədəki həyatından narazı olması ilə bağlı yayılan xəbərləri təkzib edib. "Erlinqin özünü burada narahat hiss etməsinə inanmıram. İspaniya mətbuatında, xüsusən də Madriddə bu mövzuda daha çox danışılır. Erlinq bizimlə birikdə olmaqdan məmnundur”, - jurnalist Fabrizio Romano sosial şəbəkə hesabında Qvardiolanın sözlərindən sitat gətirib.