Belçikalı ulduz karyerasını Çində bitirdi

Belçikalı ulduz karyerasını Çində bitirdi

"Mançester Yunayted"in və Belçika millisinin sabiq yarımmüdafiəçisi Maruan Fellaini karyerasını başa vurduğunu açıqlayıb. 36 yaşlı belçikalının son klubu Çinin "Şandunq" klubu olub. Buna qədər Fellaini “Mançester Yunayted”, “Everton” və “Standard” klublarında çıxış edib. O Belçika millisinin heyətində 87 oyunda 18 qol vurub. “Mançester Yunayted”lə bir dəfə İngiltərə Kubokunu, Liqa Kubokunu, ölkə Super Kubokunu və Avropa Liqasını qazanıb.