Asiya Kuboku. İran geridonüş etdi

Asiya Kuboku. İran geridonüş etdi

Qətərdə keçirilən futbol üzrə Asiya Kuboku kuboku davam edir. Yarımfinala vəsiqənin biri öz sahibini tapıb. İlk hissəni məğlub kimi başa vuran İran millisi Yaponiya ilə görüşdə fasilədən sonra hesabı bərabərləşdirib. Əsas vaxta əlavə olunmuş dəqiqələrdə penalti ilə qələbə qazanıb.

 

Asiya Kuboku, 1/4 final.

 

3 fevral. Ər-Reyyan. Təhsil Şəhər Stadionu.

İran - Yaponiya - 2:1 (0:1).

Qollar: Morita, 28 (0:1). Mokhebi, 55 (1:1). Cahanbaxş, 90+6 - penaltidən (2:1).