London "Çelsi"si kişi və qadın komandaları üçün cari “Əjdaha ili”nə həsr olunmuş yeni məşq dəstlərini təqdim edib. Bu barədə klubun mətbuat xidməti X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat yayıb. Forma ənənəvi mavi rəngdə hazırlanıb. Arxa hissəsində əjdaha rəsmi yer alıb. “Zadəganlar” yeni formanı sabah “Vulverhempton” ilə matçda geyinəcəcəklər. Qadınlardan ibarət komanda isə “Everton”la matça bu geyimdə çıxacaqlar.
“Zadəganlar”ın “mavi əjdahalı” geyimi təqdim edildi