Sabah” -“Turan Tovuz” oyununda qalib müəyyənləşmədi 

Sabah” -“Turan Tovuz” oyununda qalib müəyyənləşmədi 

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun oyunları davam edir. Günün ikinci oyununda “Sabah” və “Turan Tovuz” komandaları qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı 11-ci dəqiqədə qonaqların heyətində Aleks Souza açıb. Matçın yekun nəticəsini 22-ci dəqiqədə Kahim Parris müəyyənləşdirib.

Günün ilk oyununda "Qarabağ" "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib.

Bugünkü nəticələrdən sonra "Qarabağ" 50 xalla liderdir. Xallarını 27-yə çatdıran "Sabah" 5-ci sıraya yüksəlib. Eyni xala malik "Səbail" 7-cidir. "Turan Tovuz" isə 26 xalla səkkizinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun digər oyunları fevralın 4-5-də keçiriləcək.