İsveç millisinin sabiq futbolçusu Kurt Hamrin 89 yaşında vəfat edib. Bu barədə İsveç Futbol Assosiasiyasının saytında məlumat verilib. “İsveç futbolunun ən böyük simalarından biri bizi tərk etdi. Hamrin 1958-ci ildə İsveçin Dünya Çempionatında gümüş medal qazanmasında mühüm rol oynayıb. O, AİK və “Fiorentina”nın əfsanəsidir”, - deyə bəyanat yayılıb. Məumat üçün bildirək ki, Kurt Hamrin 1934-cü il noyabrın 19-da Stokholmda anadan olub. O, karyerası ərzində İsveçin AİK və Stokholm klublarında, həmçinin İtaliyanın “Yuventus”, “Padova”, “Fiorentina”, “Milan” və “Napoli” klublarında çıxış edib. O, A Seriyasında ən çox qol vuran oyunçulardan biri olub. İsveç millisinin tərkibində 1958-ci ilin vitse-dünya çempionu, finalda Pele ilə Braziliya millisinə uduzaraq (2:5) həmin turnirdə final matçının sonuncu iştirakçısı olub.
Sonuncu Avropa çempionu həyatla vidalaşdı