"Bavariya"nın hücumçusu Harri Keyn Münhen komandasına tam uyğunlaşmaq üçün alman dilini mümkün qədər tez öyrənmək istəyindən danışıb. “Alman dilini öyrənməyə başlamışam. Dərslər həftədə ən azı bir neçə dəfə keçirilir. Komandaya mümkün qədər tez uyğunlaşmaq istəyirəm və bunun üçün dil öyrənmək çox vacibdir. Çalışacağam!”, - deyə Bayern&Germany X sosial şəbəkəsində (keçmiş Twitter) Keyndən sitat gətirib.
Keyn alman dilini öyrənir