Madrid "Real”ı fevralın 4-də İspaniya La Liqasının 23-cü turunda "Atletiko” oyunda fərqli bir addım atacaq. Ev sahibləri “Santyaqo Bernabeu” stadionunun damını gözlənilən aşağı temperatur səbəbindən bağlayacaqlar. "Marca" xəbər verir ki, matçın əvvəlində gözlənilən temperatur 11 dərəcə olacağı göstərilir. Eyni zamanda “Atletiko” rəhbərliyi də bu qərara təəccüblənərək bunu qəribə hesab etsə də, La Liqanın bu məsələ ilə bağlı reqlamentinin olduğu, ona görə də “Real”ın heç kimlə məsləhətləşməyə ehtiyacı olmadığı bildirilib.
“Real”ın bu addımı rəqibi heyrətləndirib