DÇ-nin açılış və bağlanış matçının keçirildiyi yer müəyyənləşib

DÇ-nin açılış və bağlanış matçının keçirildiyi yer müəyyənləşib

2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının ilk oyunu və açılış mərasiminin yeri müəyyənləşib. Açılış mərasimi iyunun 11-də Mexikodakı “Azteka” stadionunda keçiriləcək. FİFA-nın rəsmi saytı xəbər verir ki, dünya çempionatının finalı Nyu Cersidəki stadionda keçiriləcək. Məlumat üçün bildirək ki, dünya çempionatına ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.