«Dovşanı ram etmək üçün səbirsizlənirəm»

«Dovşanı ram etmək üçün səbirsizlənirəm»

Ağır çəkidə WBC dünya çempionu, britaniyalı Tayson Fyuri eyni çəkidə WBA, IBF və WBO üzrə dünya çempionu ukraynalı Aleksandr Usiklə döyüşün yeni tarixindən danışıb. “Bizim üçün yeni tarix var - 18 May. Dovşanı ram etmək üçün səbirsizlənirəm. Qardaşım Turki Əl-Şeyxə əsrin ən böyük döyüşünü təşkil etdiyinə görə minnətdaram”, - Fyuri sosial media səhifəsində yazıb.

Xatırladaq ki, Fyuri və Usik fevralın 17-də görüşməli idi.