"Beşiktaş"ın hədəfinə düşüb

"Beşiktaş"ın hədəfinə düşüb

PSJ-nin yarımmüdafiəçisi Renato Sançeş karyerasını Türkiyədə davam etdirə bilər. İnsayder Pedro Almeydanın sözlərinə görə, portuqaliyalı futbolçu "Beşiktaş"ın diqqət mərkəzinə düşüb. Tərəflər arasında razılığın icarə, yoxsa tam transfer olacağı hələki dəqiqləşməyib.