PSJ-nin səfiri yayılan xəbərlərə inanır

PSJ-nin səfiri yayılan xəbərlərə inanır

Keçmiş fransalı futbolçu, hazırda PSJ -in səfiri olan Laure Boullo cari mövsümün sonunda Kilian Mbappenin Madrid "Real»ına  keçidi ilə bağlı inandırıcı məlumat aldığını bildirib. 

“Olduqca ardıcıl və ciddi mənbələr mənə bildirdilər ki, bu (Mbappenin «Real»a transferi) artıq həyata keçirilib. 2022-ci ildəki xəbərlər mənə inandırıcı gəlmirdi. İndi isə ilk dəfədir ki, Mbappenin «Real»a keçidinin artıq gerçəkləşdiyini deyirlər”, - «RMC Sport» Boullodan sitat gətirib.