"Liverpul" hücumçusu Məhəmməd Salahın yerinə oyunçu axtarır. Misirli hücumçu bu mövsümün sonunda İngiltərə nəhəngindən ayrılmağa yaxındır. Səudiyyə Ərəbistanı klubları onunla ciddi maraqlanır. “Teamtalk” xəbər verir ki, «mersisaydlılar» onun yerinə Kataloniya “Barselona”sına məxsus iki futbolçunu nəzərdən keçirir. Söhbət Ansu Fati və Rafinha Diazdan gedir. Birincisi hazırda icarə əsasında "Brayton"da çıxış edir. Fatinin transfer qiyməti 30 milyon avro qiymətləndirilir. Rafinhanın qiyməti isə 50 milyondur.
Salah getsə, onlar gələcək