Kamerun Futbol Federasiyasının (Fecafoot) prezidenti Samuel EtoO postunu tərk etmək qərarına gəlsə də, bu qərar federasiyanın icraiyyə komitəsi tərəfindən qəbul edilməyib. «Fecafoot»un saytında yer alan məlumatda bildirilir ki, Kamerun millisinin Afrika Millətlər Kubokunda çıxışının müzakirə olunduğu toplantıda uğursuz çıxışından sonra o bu qərararı verib. Nigeriya milisinə uduzaraq mübarizə dayandıran yığmanın nəticə əldə etməməsi onu narahat edib. Qurumun icraiyyə komitəsi keçmiş hücumçuya, onun işinə tam etimad göstərdiklərini bildirib.
Xatırladaq ki, EtoO 2021-ci ildən etibarən Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsini icra edir.