Çempionlar Liqasının püşkatma mərasimi keçirilib

Çempionlar Liqasının püşkatma mərasimi keçirilib

Fevralın 6-da İsveçrənin Nyon şəhərində qadınlar arasında Çempionlar Liqasının 2023/2024-cü il mövsümünün 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Avropa futbolunun səkkiz ən yaxşı qadın komandası növbəti rəqibləri ilə tanış olublar.

Çempionlar Liqasının 2023/2024 mövsümü

1/4 finalının cütlükləri:

 

«Brann» (Norveç) - «Barselona» (İspaniya)

"Ayaks" (Niderland) - "Çelsi" (İngiltərə)

«Benfika» (Portuqaliya) - «Lion» (Fransa)

«Hekken» (İsveç) - PSJ (Fransa)

Bu turnirin 1/4 final mərhələsinin ilk oyunları martın 19-20-də keçiriləcək. Cavab oyunları martın 27-28-i tarixində təşkil ediləcək.

Məlumat üçün bildirək ki, qadınlar arasında Çempionlar Liqasının finalı mayın 25-də İspaniyanın Bilbao şəhərindəki «San Mames» stadionunda keçiriləcək.

Qeyd edək ki, qadınlar arasında Çempionlar Liqasının hazırkı qalibi "Barselona"dır.